Sara Göyçəli (Şərifova)
Sara Qasım qızı Şərifova 1962-ci il fevral ayının 8-də Ermənistan respublikası (Qərbi Azərbaycan) Basarkeçər rayonunun Güney kəndində anadan olmuşdur. O, Güney kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə təhsilini davam etdirmək üçün, Bakı şəhərinə gələrək layihəçi-konstruktor, mühasib və tibb bacısı peşələrinə yiyələnmiş, eyni zamanda jurnalist kimi fəaliyyət göstərmişdir. 1995-ci ildən tibb sahəsində çalışır, 2019-cu ildə Azərbaycan Tibb Universiteti və Çin Dövlət Gansu Tibb Universitetinin ikili sertifikatını almışdır. İndiyədək üç kitabı çapdan çıxmışdır. Türkiyədə və Azərbaycanda bir neçə almanaxda, dərgilərdə şeirləri çap olunub. Eyni zamanda Türkiyə Sivas şəhərində 2020-2021-ci illərdə çap olunan “Şairlər Seçkisi” 12 və 13 Antoloji kitabında da şeirləri yer almışdır. Sara xanım 2006-cı ildə vətənpərvər şeirlərinə görə “Vedabasar” qəzetinin təsis etdiyi “Ağrı dağı” diplomu ilə təltif edilib. Mətbuatı özünə yaxın dost seçən Sara Göyçəli 2004-2005-ci illərdə “Qızıl Pero” jurnalının poeziya şöbəsinin müdiri, 2005-2006-cı illərdə “Qız qalası” qəzetinin şöbə müdiri, sonra isə “Mübariz Qadın” qəzetində poeziya şöbəsinin müdiri vəzifəsində fəaliyyətinin davam etdirmişdir. 2010-cu ilin əvvəllərindən Dünya Azərbaycanlıları Konqresinin üzvü seçilən Sara Göyçəli sonralar DAK Qadınlar şurasının sədrinin müavini seçilmişdir. “Aşıq Pəri” Məclisi, ozan sənətinin təbliği birliyinin üzvü kimi fəaliyyətini davam etdirir. AYTV kanalında “Sağlam düşüncə” verilişinin aparıcısıdır. “Qızıl qələm” və “Xan qızı Natəvan” media mükafatları laureatı və Azərbaycan Junalistlər Birliyinin üzvüdür. Evlidir, həyat yoldaşı Polkovnik-leytenant Dünyamalıyev Əlif Cəmil oğlu (Haqqın rəhmətinə qovuşub), Orxan adlı 1 oğlu, Gülay və Dəniz adlı iki nəvəsi var.
TURAN YOLU!!!
Turan yolu taş kayalı
Şimdi azdır saf maya’lı
Yüzümdeki şal haya’lı
Gidiyorum ben Turana
Hırsız eğri dolup taşar
Şerefsizler yolu şaşar
Dağ dereyi seli aşar
Gidiyorum Turana ben
Ülke ülke tohum ekti
Önde olan yaka çekti
Rüzgar hazin hazin esti
Gidiyorum Turana ben.
Birlik dedik bir olmadık
Halende tam uyanmadık
Uygur sesini duymadık
Gidiyorum Turana ben
Hayalimde melek gibi
Atabilsek yana kin’i
Şad eylemek için Tin’i
Gidiyorum Turana ben
Benim fikrim Altaylarda
Gezdim gördüm Antalyada
Binmişim bir beyaz ata
Gidiyorum Turana ben
Halen çoktur gözü yaşlı
Ejderhalar yedi başlı
Yürüdüğüm yolim Taş’lı
Gidiyorum Turana ben
Sara Göyçe korku bilmez
Tarih yazar tarih silmez
Bu dünyaya birde gelmez
Gidiyorum Turana ben.
SARA GÖYÇELİ
ANTALYA
04/04/2022/